Cari təhsil ilindən başlayaraq Azərbaycanda rəsmi təmsilçisi olduğumuz Ukrayna Daxili İşlər Nazirliyi Xarkov Milli Daxili İşlər Universiteti (XMDİU) haqda geniş məlumat vermək istərdik.  Öncəliklə onu bildirək ki, dövlət siarişi ilə Ukrayna hüquq mühafizə orqanlarına minlərlə kadr hazırlamış XMDİU – bu il ilk dəfə olaraq xarici tələbələrin  qəbulunu həyata keçirir və Sofi Group LTD onun Azərbaycanda ilk və yeganə tərəfdaşıdır (Universitetin rəsmi vebsaytına daxil olaraq  http://univd.edu.ua/   əmin ola bilərsiniz). Siz universitetdə hüquq, psixologiya, maliyyə  və s. ixtisaslarına yiyələnə bilərsiniz.  XXI əsrin tələblərinə tam cavab verən universiteti bitirərək hipercinayətlərə və insan alverinə qarşı mubarizənin mütəxəssisi ola bilərsiniz. Universitetdə təhsil alan 6000dən artıq tələbəyə fənləri 62 elmlər doktoru, 443 professor, 357 elmlər namizədi və 178 dosent tədris edir. XMDİU tək Ukrayna üçün deyil, müvafiq olaraq  müqavilə əsasında   Belorusiya, Fransa və Almaniya hüquq mühafizə orqanlarında çalışacaq kadrlar hazırlayır. Universitet kifayət qədər güclü maddi texniki bazaya malikdir. XMDİU geniş ərazini əhatə edən qapalı (buraxılış vəsiqəsi ilə girilir) tələbə şəhərciyində yerləşir ki, burada idman zalları, stadion, kitabxana, hovuz, yataqxanalar və dərs korpusları fəliyyət göstərir. Bildirmək istəyirik ki, sozügedən ali təhsil müəssisəsinin rəhbərliyi 11-14.07.2016 tarixlərində Sofi-Groupun dəvəti ilə Bakıda işgüzar səfərdə olmuşdur. Bildirmək istəyirik ki, valideynlərə tam tədris müddətində tələbələrin davamiyyəti və muvəffəqiyyəti haqqında mütəmadi olaraq məlumat veriləcəkdir. Tədris rus və ukrayn dillərində aparılır ki, yaxın  gələcəkdə ingilis dilində də dərslərin keçirilməsi planlaşdırılır. Rus dilini bilməyən abituriyentlər dörd illik təsil müddətinin ilk yarım ilini dilin öyrənilməsinə sərf edəcəklər. Yəni əlavə il itirmədən rusca hazırlıq dil kursunu da mənimsəmiş olacaqlar.  Hörmətli, gələcəyin tələbələri! Güvənilir, keyfiyyətli və eyni zamanda az məsrəflə (əyani 1480 usd, qiyabi 680 usd) təhsil almaq istəyirsinizsə – XMDİUnu seçin! Universitetin diplomu  Azərbaycanda və dünyanın digər dövlətlərində problemsiz olaraq tanınır.

 

http://anntv.az/az/xeber-ani-ukraynali-rektordan-genclerimize-cairis/#.V4xzrPmLTIV