V.N. Karazin adına Xarkov Milli Universiteti Şərqi Avropanın ən qədim ali təhsil ocaqlarından biridir. Ukrayna və onun kənarlarında ali təhsil sisteminin yaranma və inkişafında Karazin Universiteti böyük rol oynayıb. Karazin Milli Universitetinin əsası 1804-cü ildə qoyulub və indiyə qədər bir sıra alim, incəsənət və elm xadimləri yetişdirib. I.Meçnikov, L.Landau, N.Kostomarov, N.Barabaşov, A.Lyapunov kimi şəxsiyyətlərin adları Universitetlə bağlıdır. Xarkov Milli Universitetində hal-hazırda 16000 nəfər tələbə təhsil alır. Universitetdə 115 ixtisas üzrə tələbə hazırlayan 20 fakültə fəaliyyət göstərir. Universitetin bazası əsasında: Dövlət Hüquq Akademiyası, Xarkov Tibb Universiteti, Xarkov Pedaqoji Universiteti, Xarkov İqtisadiyyat Universiteti ve başqa ali təhsil ocaqları formalaşmışdır.

2011- ci il 24 iyun tarixində Xarkov Milli Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Saziş Xarkov Milli Universitetinin birinci prorektoru Aleksandrov Vladimir Vladimiroviç və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tərəfindən imzalanmışdır. Hal-hazırda Universitetdə 200-ə qədər həmvətənimiz təhsil alır.

Fakültələr Hazırlıq         Bakalavr          Magistr
    əyani qiyabi əyani qiyabi
Hüquq 1750 $ 2600 $ 1620 $ 3600 $ ——
Beynəlxalq iqtisadi əlaqələr 1750 $ 2600 $ 1800 $ 3600 $ 2300 $
Biologiya 1750 $ 2300 $ 1620 $ 2600 $ 1800 $
Psixologiya 1750 $ 2300 $ 1620 $ 3050 $ 2300 $
Xarici dillər 1750 $ 2600 $ 1800 $ 3600 $ 2300 $
Kompüter elmləri 1750 $ 2300 $ ——- 2600 $ ——-
İqtisadiyyat 1750 $ 2300 $ 1620 $ 3600 $ 2300 $
Turizm 1750 $ 2600 $ 1800 $ 3600 $ 2300 $
Tibb ——– 3000 $ ——- ——– ——-

 

  Tələbə  şəhərciyində yaşama: (aylıq) 25-75 $