imechnikovbig


İ. İ. Meçnikov adına Odessa milli universiteti (OMU) – Ukraynanın cənubundakı ən qədim ali təhsil ocağıdır.

Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiysk universitetinə dəyişdirilən zamandan başlanır. 1917-ci ilin Oktyabr inqlabına qədər Novorosiysk Universitetini təxminən 6 min nəfər bitirə bilmişdir.

Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında formalaşmışdır: Odessa Dövlət Tibb Universiteti, Odessa Dövlət İqtisadiyyat Universiteti, Odessa Milli Hüquq Akademiyası.

Universitet yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov Universitetləri ilə birlikdə o, faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir. Ukraynanın ali təhsil müəssisələrinin reytinqində Odessa Universiteti 9-cu yeri tutur.

Fakültələr Hazırlıq  Bakalavr
    əyani
Beynəlxalq münasibətlər 1320 $ 3300 $
Beynəlxalq iqtisadi münasibətlər 1320 $ 3300 $
Jurnalistika 1320 $ 3080 $
Hüquq 1320 $ 3300 $
Bank işi və maliyyə 1320 $ 2530 $
Mühasibat və audit 1320 $ 2640 $
Menecment 1320 $ 3300 $
Kompüter mühəndisliyi 1320 $ 2640 $

                   

Yataqxana – 400 $ (illik)