Dəyərli  həmvətənlər!

Sizlərə xitabın məsuliyyətini anlayaraq bəzi  fikirlərimizi bölüşmək, hörmətli valideyn və abituriyentlərlə məsləhətləşmək istərdik. Bəllidir ki, hər bir valideyn övladının cəmiyyətin layiqli fərdinə çevrilməsini, millətə, dövlətə yararlı bir vətəndaş olmasını arzulayır və bu yolda əlindən gələni əsirgəmir.  Elə buna görə də tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən ali təhsil ocaqları da axtarılır, müvafiq və münasib variantlar incələnir. Biz də öz növbəmizdə bu işdə Sizlərə yardımçı olmaq, düzgün qərarın qəbul olunmasına töhfə vermək istəyirik.

İlk olaraq nədən məhz Ukrayna Respublikasının ali məktəblərinə üstünük verməli olmağımızı əsaslandırmaq istərdik. Məlum olduğu kimi Ukrayna 2005-ci ildən təhsildə Baloniya sisteminə qoşulmuşdur. Elə ona görə də Ukrayna Ali təhsil müəssisələrinin diplomları beynəlxalq standartlara uyğundur və dünyanın əksər aparıcı ölkələrində tanınır. Hələ Sovetlər Birliyi zamanında Ukraynanın paytaxtı Kiyev, kecmişdə paytaxt olan Xarkov, Odessa və digər şəhərlər universitetlərin say çoxluğuna görə digər respublikaların şəhərlərindən kifayət qədər fərqlənirdi. Təsadüfi deyil ki, Xarkov şəhərinə «Город Студентов» (“Tələbələr Şəhəri”) statusu verilmişdi. Ukraynada alınacaq ali təhsil xərcləri Avropa və yaxın Şərq ölkələrindən seziləcək dərəcədə aşağıdır, elə yaşam xərcləri də həmçinin. Ukrayna ərazisində yaşayan xalqlar bizlərə-Azərbaycanlılara rəğbətlə yanaşır. Ukraynanın əksər böyük şəhərlərində kifayət qədər güclü diaspora təşkilatlarımız fəaliyyət göstərir. Bu gün Ukrayna ərazisində təxminən 4000-ə qədər soydaşımız ali təhsil alır və bu rəqəm ildən ilə artmaqdadır.

Ukraynada təhsillə bağlı danışdıqda diplomların tanınmasından, nostrifikasiyadan söz acmaq vacibdir. Bir necə gün öncə müvafiq Dövlət qurumunun yaydığı bəyanatda deyildiyi kimi “Əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunubsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaq”. Ümumilikdə götürüldükdə isə tələbənin hansı ölkədə və hansı universiteti bitirməsi önəm daşımır. İstər Oxford universiteti olsun, istərsə də Kiyev Dövlət Universiteti – hər iki universitetin məzunları diplomlarını eyni qaydada nostrifikasiyadan keçirirlər. Eyni zamanda Azərbaycan Respublikası höküməti ilə Ukrayna Nazirlər Kabinetinin 18 iyul 2000-ci il tarixli, 919-İQ saylı müqaviləsi var ki, həmin müqaviləyə görə dövlətin müvafiq akreditasiyasından keçmiş universitetlərinin diplomları qarşılıqlı olaraq tanınır.

İndi isə, hansı səbəbdən məhz “SOFİ GROUP” vasitəsi ilə Ukraynaya getməli olduğunuzu əsaslandırmaq istərdim… Əvvəla onu qeyd edim ki, peşəkar, işini sevən, insanlarla səmimi davranan bir kollektivimiz vardır ki,  burada “Xaricdə Təhsil” işinə həm də insanlara xidmət, övladlarımızın yüksək təhsil almasına şərait yaratmaq kimi yanaşılır.

Əməkdaşlıq etdiyimiz və Sizlərə təqdim etdiyimiz ali təhsil müəssisələrinin hamısı dövlət universitetləridir və hər biri ilə individual olaraq şirkətimiz müqavilə imzalamışdır. Tələbələrimizin yaşadığı bütün şəhərlərdə nümayəndəliyimiz vardır ki, bütün tədris prosesi boyunca soydaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılmasında yardımçı olurlar. Biz valideynlərə müxtəlif xidmət paketlərini  təklif edərək sayı 15-ə yaxın olan bu xidmət növlərini qarşı tərəflə rəsmiləşdiririk. Yəni, hər bir valideynlə rəsmi qaydada müqavilə bağlanılır ki, orada şirkətin və valideynin öhdəlikləri açıq olaraq qeyd edilir. Müraciətimizi ümumiləşdirərək, qeyd etmək istəyirik ki, “SOFİ GROUP”-la Sizə rahat olacaq. Belə ki, övladınızın gələcəyi etibarlı əllərdədir! Bizə güvənin!

 

Hörmətlə,   «SOFI-GROUP»